“Nazpərinin özünü Azərbaycandan köçürmək vaxtıdır” - İlhamə Quliyeva

MAQAZİN
16:11 02.02.2015
3052
Xəbər verdiyimiz kimi, ötən gün ATV-də yayımlanan "Şirin Çay" proqramına qonaq olan müğənni Xatun, həmkarlarını parodiya etmişdi.AZXEBER.COM-un məlumatına görə, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva və Elarizi parodiya edən müğənni bir çox həmkarlarının səsində bənzətmə yarada bildiyini deyib. Proqram bitdikdən sonra Nazpəri Dostəliyeva Xatuna zəng edərək onu təhqir edib.Məsələ ilə balı, xalq artisti İlhamə Quliyeva ilə əlaqə saxladıq. Nazpəri Dostəliyevanın özünün təhqirə layiq insan olduğunu deyib :"Parodiya etmək çox normal bir şeydir. Bu qədər hörmətli, tanınmış şəxsiyyətləri parodiya edirlər. Nazpəri kimdir ki? O kimdir ki, kimisə Azərbaycandan köçürsün. Nazpərinin özünü Azərbaycandan köçürmək vaxtıdır. O artıq ağzının danışığını bilmir, bu insanlardan fikir öyrənmək düzgün deyil".Qeyd edək ki, proqramdan sonra Nazpəri Dostəliyeva Xatunun qardaşına zəng edərək, “Bacına de ki, onu nəsli qarışıq Azərbaycandan köçürərəm. Onu belə edərəm, elə edərəm” demişdi.
Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR