NBA-da oyun qaydalarında iki dəyişiklik ediləcək

İDMAN
18:50 12.07.2023
214
ABŞ-ın Milli Basketbol Assosiasiyası (NBA) yeni mövsümdə oyun qaydalarında iki dəyişiklik etməyi planlaşdırır.

Oyunçuların simulyasiyasından sonra sərbəst atışlar təyin olunacaq. Bundan əlavə, atışdan sonra top da rəqib komandaya veriləcək. Oyunçu özü isə texniki folla cəzalandırılacaq.

Digər dəyişiklik matç zamanı mübahisəli epizodların video icmallarına da təsir edir. Çağırış tələb edən komanda iddiasını sübut edərsə, matçboyu daha bir dəfə təkrar izləmə haqqına sahib ola biləcək.

Qeyd edək ki, yeni qaydalar yay liqasında ilk dəfə yoxlanılacaq və bu ay içində NBA-nın idarə heyəti tərəfindən səsə qoyulacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR