Nə qədər ki, Xalq-İqtidar birliyi vardır, onun zəfəri də, təntənəsi də mövcud olacaqdır. Bu zəfər,bu təntənə isə bizi daha yeni-yeni uğurlara doğru aparacaqdır, Bakı-2016 42-ci Şahmat Olimpiadası, “Formula-1”Avropa Qran-pri yarışları,Bakı-2017 İslam Həmrəklik Oyunları kimi...
Tarixi səhifənin ilk addımları...
Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında müzakirə edilmişdir. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (8 əleyhinə, 2 bitərəf səs olmaqla) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi.
Beləliklə, Azərbaycan mühim bir tədbirə ev sahibliyi etməyi öz üzərinə götürdü. 2012-ci il 10 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Avropa Oyunlarının Bakıda keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdi:
-Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.
2013-cü il 17 yanvar tarixində I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzaladı. Sərəncama müvafiq olaraq 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı.Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri,Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva oldu.Ölkə Prezidentinin və Birinci ledinin rəhbərliyi altında 2013-cü ildən ötən son 2 il ərzində Azərbaycanda Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mühim idman obyektləri tikilərək istifadəyə verildi,tədbirlər keçirildi,bu və başqa qəbilədən olan bir neçə addım atıldı.Atılan adddımlar öz bəhrəsini 2015-ci il iyun ayının 12-sində verdi.
Açılış mərasimindən göndərilən sirli mesajlar...
12 iyun.Saat 20:15...Bu tarixi anı hər kəs-bütün Azərbaycan xalqı,dünya ictimaiyyəti böyük səbirsizliklə gözləyirdi.Və o an gəlib yetişdi.Bu sadəcə idman tədbirinə giriş mərasimi deyildi,eyni zamanda sirli mesajlarla dolu olan möhtəşəm bir qələbə idi.İlk öncə səhnədə nağara ilə müşaiyət olunan musiqi sədaları altında 24-dən 0-a doğru geriyə sayım başladı.Bu Azərbaycan Respublikasının Müstəqilliyinin 24 ilini əks etdirirdi.Daha sonra səhnəyə rəqqasəlar axışdı.Bununla da səhnədə Azərbaycan xalılarının müxtəlif naxışları yaradıldı.Hissənin yekunu olaraq Azərbaycan bayrağı meydana gəldi.Bu son dərəcə qürurverici bir hal idi..
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Atəşgahda alovlandırılan məşəl qarış-qarış Ölkə diyarlarını gəzdikdən sonra iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev tərəfindən stadiona gətirildi. Bunun ardınca Nizami kompozisiyası canlandırıldı.Bununla da bu vaxta qədər Nizamini fars şairi kim qəbul edən fikirlərin üstündən birdəfəlik xətt çəkildi.Bu da Azərbaycanın növbəti qələbəsi idi.Kompozisiya zamanı tərəzinin bir qolunda kişi,bir qolunda qadın obrazının olması Azərbaycanda gender bərabarliyinə işarə idi.Avropa oyunlarının simvolu sayılan Narın stadiona gətirilməsi isə başqa bir mesaj idi. Daha doğrusu bunu Yunan filosofu Demokritin fikirlərinə istinad etməklə izah etmək olar. Demokritə görə daim hərəkətdə olan,toqquşan,birləşən atomlar nəticəsində yaranan insan təbiətin bir hissəsidir.Birinci Avropa Oyunları zamanı səmaya yayılan nar dənələrini-şarın hər birini insan kimi nəzərdən keçirsək,görərik ki,nar dənələri bir dünya formalaşdırıb.Bu isə o demək idi ki,Azərbaycan dinindən,dilindən, irqindən,cinsindən,sosial vəziyyətindən asılı olmayaraq hər kəsə bərabar kontekstə yanaşır.Dünya şöhrətli müğənni Ledi Qaqanın “İmagine(Xəyal et)” mahnısı tolerantlığa daha bir nümunə idi. Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyevanın Avropanı 2 dildə salamlamasının, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin salamlama çıxışında azərbaycan dilində "Çox sağ ol" deməsinin özü də dünya dillərinə bir daha sevgini,hörməti,ehtiramı əks etdirirdi.Birinci Xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışından dərhal sonra Respublika Prezindenti İlham Əliyev Avropa Oyunlarını açıq elan etdi. Qobustan qaya təsvirlərinin canlandırılması, Sarı gəlin musiqisinin səsləndirilməsi xalqda yeni bir coşğu doğurdu.Bu həqiqətən əsrarəngiz idi.Azərbaycan xalqı müasir dünyada qədim keçmişinə geri dönürdü.Ermənilərin özününküləşdirməyə сəhd etdiyi doğma musiqimiz beynəlxalq arenada təmsil olunurdu.Bunun ardinca 4 ünsür-Od,Su,Hava,Torpaq əks olundu.Bu qədim fəlsəfəmizə-Azərbaycan fəlsəfəsinə müraciət yaxud dönüş idi.Daha sonra Oyunların məşəli alovlandırıldı.Beləliklə,17 günlük Oyunlara giriş tədbiri uğurla yekunlaşdı...
17 gün ərzində birlik...
Azərbyacan Oyunlar tarixinə 17 gündən ibərət olan bir səhifə yazdı.17 gün ərzində biz dostluğu,birliyi,həmrəkliyi nümayiş etdirdik.Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın söylədiyi kimi, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda oldu, Cənab Prezident isə bu komandanın şərəfli kapitanı.
Bu günlər ərzində Azərbaycan yalnız böyük idman tədbirini keçirməklə uğura imza atmadı,hətta uğurlu nəticəni belə əldə etdi.
Azərbaycan medal siyahısında 56 medalla(21 qızıl,15 gümüş,20 bürünc) 2-ci yeri tutdu.Bu isə o deməkdir ki,Azərbaycan təkcə siyasi,iqtisadi,diplomatik,mədəni sahələrdə deyil,habelə idman sahəsində də öz əzmini,öz gücünü nümayiş etdirməyi bacarır.Bu əsasda idmançılarımiz üçün mükəmməl şəraitin yaradılmasına səy göstərən Cənab Prezident İlham Əliyevə,Birinci xanım Mehriban Əliyevaya və qələbələri qoruyub saxlamağı bacaran,yeni-yeni qalibiyyətlər qazanmağa cəhd edən Ölkə idmançılarına təşəkkürümüzü bildiririk.
Bu 17 gün ərzində Bakı-2015 Avropa Oyunlarının könüllüləri əzmkarlıq nümayiş etdirdilər.Böyük işçi heyətinin əsasını təşkil edən könüllülər komandası Azərbaycana olan sevgisini,məhəbbətini bir daha sübut etdi. Qeyd etməliyəm ki,bu 17 gün ərzində qazanılan medallarda könüllülərin də böyük rolu,əməyi,gücü,zəhməti vardır.Onlar həqiqətən də təsdiq etdilər ki,Azərbaycan xalqı birdir,bu birliyə heç nə əngəl ola bilməz.Belə olan halda isə,heç bir şübhə qalmır ki,Azərbaycanın gələcəyi etibarlı gənclərin əllərindədir.
Bağlanış mərasimi Bakı-2015 Avropa Oyunlarının yekun tendensiyası kimi...
17 gün ərzində Azərbaycan idman tarixində uzun və unudulmaz bir yol keçdi.Azərbaycan başladığı bu yolun sonuna məhz 28 iyun tarxində çatdı. Azərbaycan mədəniyyəti,Azərbaycan xalqının qədim tarixi ənənələri Bakı-2015 Avropa Oyunlarının açılış mərasimində necə təmsil olunmuşdusa,qapanış mərasimində də eləcə təmsil olundu.Müasirliklə qədimiliyin vəhdəti,yeniliklə köhnəliyin çuğlaşması, Azərbaycanın həyat tərzinin ayrılmaz hisssəsi olan multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, həmrəylik kimi mənəvi dəyərlərimiz açıq və sətiraltı məqamlarda burada da öz əksini tapdı.İlk öncə, simfonik oranjimanda səsləndirilən Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldıldı.Daha sonra xalq və müasir musiqilər bir-birini əvəzlədi. Bunun ardınca Oyunlarda iştirak edən 50 ölkənin bayrağı səhnəyə gətirildi və dairəvi olaraq sıralandı.Bu artıq tədbiri deyil,diplomatiya aləmini xatırladırdı. Qapanış tədbirinin bu hissəsi yekunlaşdıqdan sonra Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki öz fikirlərini ictimaiyyətə çatdırdı. Bundan sonra tədbirin karnaval hissəsi başladı,“Gəncliyin enerjisi”adlı rəqs nümayiş olundu.Səhnənin od rənginə bürünməsi bir daha Azərbaycanın odlar diyarı olmasına işarə idi.Bu kompozisiyada səmada Simurq quşunun canlandırılması isə tamamilə əsrarəngiz idi. "Simurq" - Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir.Simurq quşunun yaradılması isə Azərbaycan xeyirxahlığından,dirçəlişindən xəbər verirdi.
Bu məqamdan sonra Avropa Oyunlarının məşəli söndü və tədbir “Sarı gəlin”musiqisinin səsləndirilirməsi ilə davam etdi,bir neçə dəqiqədən sonra isə dünya ulduzlarının ifaları ilə başa çatdı.
Birinci ledinin yaxud Azərbaycan xalqının qələbəsi...
Avropa Oyunları uğurla başa çatdı.Bu tarixi hadisənin böyük hərflərlə yazılmasında isə Azərbayan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın əvəzedilməz rolu oldu.Təbii ki,çəkilən əziyyətin layincə qiymətləndirilməsi Ölkə Rəhbəri İlham Əliyev Cənabları tərəfindən yerinə yetirildi.Oyunların yüksək səviyyədə başa çatmasından 1 gün sonra Prezident İlham Əliyev Mehriban Xanım Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barəsində sərəncam imzaladı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il.
Bu, Birinci ledinin yaxud Azərbaycan xalqının qələbəsi idi. Azərbaycan xalqının qələbəsi kimi ona görə vurğulayıram ki, bizlər doğrudan da 17 günlük əziyyətimizin ən dolğun bəhrəsini 29 iyun tarixində Birinci ledinin dəyərləndirilməsi zamanı tapdıq. .
Bakı-2015 Avropa Oyunları beynəlxalq münasibətlər çərçivəsində politoloq gözündə...
Azərbaycan Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi etməklə beynəlxalq müstəvidə öz reallıqlarını bir daha nümayiş etdirdi. Başqa sözlə, Azərbaycan özünün xarici siyasətində yeni bir səhifə açdı.150 ölkədə yarışların yayımlanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzuna müsbət təsirini göstərdi. Bu əsasda deyə bilərik ki,istər Azərbaycanın maddi,istərsə də mənəvi sərvətləri(Qız Qalası,Atəşgah,Sarı gəlin və s.) layincə təmsil olundu. Bakı 2015 Avropa Oyunları ilə bağlı vacib məqamlardan biri kimi bunu da vurğulamaq lazımdır ki, Avropa Oyunlarının Azərbaycanda möhtəşəm səviyyədə yekunlaşması bir daha sübut etdi ki,Azərbaycan heç bir qara qüvvə üçün hədəf seçilə bilməz.Müstəqil dövlət kimi,gənc olmağımıza baxmayaraq Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyən dövlətlər sırasındadır.İnkşaf etməkdə olan dövlət olmasına baxmayaraq bu gün Azərbaycan inkşaf etmiş böyük dünya dövlətləri ilə rəqabətə girir.Respublika Prezidenti Cənab İlham Əliyevin başçılığı altında Azərbaycan sözün həqiqi mənasında siyasi sabitlik,demokratiya dövrünü yaşayır.Bu gün 24 yaşı olan gənc bir müsəlman dövləti dünya müstəvisində deyir ki,mən də varam.Və mən başqa dövlətlərdən fərqli olaraq birliyi,həmrəkliyi nümayiş etdirirəm.Yəni,mənim üçün istər müharibə,istərsə də daxili və xarici münaqişə yaddır.Bu isə dünya dövlətlərini,ələlxüsus da xristian dövlətlərini qıcıqlandırır.Belə olan halda isə Ölkəmizə qarşı qarayaxma kompaniyasının baş verməsi gözlənilən bir haldır. Birinci Avropa Oyunlarında olduğu kimi! Digər tərəfdən, burada düşmən ölkə-erməni lobbisinin də böyük rolu vardır. Lakin bir az öncə qeyd etdiyim kimi, Müstəqil dövlətin bu kimi tədbirləri uğurla başa çatdırması nəinki, Azərbaycanın qarayaxma kampaniyasının hədəfi olmasına, hətta bu kampaniyanın ölkə sərhədlərindən keçməsinə belə imkan vermir.Buna səbəb isə hər zaman nümayiş olunan və olunacaq xalq-iqtidar birliyidir. Deməli,nə qədər ki, bu birlik vardır,onun zəfəri də, təntənəsi də mövcud olacaqdır. Bu zəfər,bu təntənə isə bizi daha yeni-yeni uğurlara doğru aparacaqdır,Bakı-2016 42-ci Şahmat Olimpiadası, “Formula-1”Avropa Qran-pri yarışları,Bakı-2017 İslam Həmrəklik Oyunları kimi...
Rövşən Tahir, Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi 3-cü kurs tələbəsi