Xalq artisti Emin Ağalarov paylaşımı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, Emin süni intellekt vasitəsilə hazırlanan uşaqlıq illərindən bu günə qədər olan şəkilləri paylaşıb.
"Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib – kimisi bunu dəstəkləyir, kimisi yox. Amma mənə onun yaratdıqları çox maraqlı gəlir! Məsələn, uşaq vaxtımdan bu günə qədər olan fotoları canlandırdı – sanki zamanla bir səyahət oldu, necə dəyişdiyimi və böyüdüyümü gördüm. Bu anı sizinlə də bölüşürəm, bəlkə sizi də köhnə arxivlərə baş vurmağa, hər şeyin haradan başladığını xatırlamağa ruhlandıra bilər”, - deyə, Emin bildirib.