"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor

"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
MƏDƏNİYYƏT
12:08 04.08.2025
251
"Azərbaycan mədəniyyətinə, ədəbiyyatına ağır itki üz verdi. Sözün əsl mənasında yeri dolmayacaq. Allah rəhmət etsin!".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında mərhum Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edən rejissor Nicat Kazımov deyib.
 
Rejissor bildirib ki, mərhum yazıçı ilə daim ünsiyyətdə olublar:
 
"Şəxsən Elçin müəllimi tanıyırdım. Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq. Onun bu teatrda 4 əsəri tamaşaya qoyulub. Onların üçündə mən aktyor kimi iştirak etmişəm. Hər dəfə onunla danışmaq dərya kimi hiss idi. Allah doğmalarına, yaxınlarına, Azərbaycan ədəbiyyatının simalarına səbr versin".
 
Mikayıl Mirzəzadə
 

 
OXŞAR XƏBƏRLƏR