BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

“Necə olur ki, separatçı rejimin “yetkililəri” Ermənistan Respublikasının adından bəyanat verir? "

“Necə olur ki, separatçı rejimin “yetkililəri” Ermənistan Respublikasının adından bəyanat verir?
SİYASƏT
16:13 05.12.2018
5609
Azərbaycan tərəfinin hər iki tərəfdə saxlanılan şəxslərin "hamının hamıya” prinsipi ilə azad edilməsi təklifi ilə bağlı Ermənistanın kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin "hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə "cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: "Bu, beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə Konvensiyalarına və onun əlavə protokollarına hörmətsizliyin ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq cəhdidir. İndi də ermənilər təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə göndərilmiş və burada saxlanılmış Ermənistan hərbçisinin ailəsinin hakimiyyətdən onun azad edilməsi tələbinə cavab olaraq, eyni zamanda daxili ictimai rəyi sakitləşdirmək məqsədilə Elnur Hüseynzadəni azad etməyə hazır olduqlarını və Azərbaycan tərəfinin humanist addım atacağını gözlədiklərini bildirirlər. Əslində, bu təklif 15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində saxlanılmış Ermənistan Respublikasının kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın azad edilməsinə hesablanmışdır. Necə olur ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış separatçı rejimin "yetkililəri” Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?!”

Əhməd Şahidovun sözlərinə görə, əgər humanist addımın atılması zəruridirsə, fikrimizcə, bu, hər iki tərəfdə saxlanılan əsir və girovların hamısını əhatə etməlidir. Başqa sözlə, əsir-girovlar "hamının-hamıya” prinsipi ilə azad edilməlidir: "Məlumdur ki, Azərbaycanın səlahiyyətli dövlət qurumu bu təklifi irəli sürən tərəf kimi mövqeyini dəyişməyəcəyini artıq bəyan edib. Biz, ictimai təşkilat olaraq, Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir və bu məsələdə ölkəmizin ictimai rəyinin nəzərə alınacağına əmin olduğumuzu bir daha ifadə edirik. Həmçinin, razılaşmanın əldə edilməsi üçün danışıqlar həmişə olduğu kimi, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yalnız Ermənistanın aidiyyəti dövlət qurumları ilə davam etdirilməlidir.”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:25 29.03.2020

İtaliyada bir gündə 700-dən çox şəxs koronavirusdan öldü

22:17 29.03.2020

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi

21:52 29.03.2020

Vətəndaşlara ediləcək yardımla bağlı - Nazirlikdən açıqlama

21:28 29.03.2020

Üç sərnişin avtobusunun hərəkət sxemi dəyişdirildi

20:38 29.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı

20:21 29.03.2020

“Bu müharibədə sevdiklərimizi özümüz öldürürük”

20:12 29.03.2020

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi