Sədaqət Əhmədova NECƏ UNUTMAĞI ÖYRƏDƏRSƏNMİ?..Ağ duvaq altında, ağ paltardasan – Ağ dünya gözümə qara görünür.Üzümdə lal heyrət, içimdə tufan – Qəlbim ətəyintək yerlə sürünür.Ağlamağa hazır dodaqlarındaYetim qulağımın sözümü qalıb?Həyəcandan yanan yanaqlarındaKül olan eşqimin közümü qalıb?O dönük qəlbini qorxu almasın – Demərəm, gözlərim tanıyır səni!Niyə unutduğun özündə qalsın – Necə unutmağı öyrədərsənmi?Darıxma, bu əzab ötüb keçəcək,Mən də gözlərindən yox olacağam.Bu toy sənin üçün bir gün çəkəcək – Mənsə ömür qədər qocalacağam...Önümdən arxayın keç – keçə bilsən,Sənə əzab vermək istəməmişdim... Mən səni bənzərsiz saydım, amma sən – Sən məni gör kimə, kimə dəyişdin!