Milli Şurada vahid namizəd məsələsinin provblemə çevrilməsi müxalifət daxilində narazılıqların yaranmasına səbəb olmaqdadır. Xüsusilə də qurumun növbəti toplantısının avqustun 26-da keçirilməsi qərarı Müsavat üzvlərinin qəzəbinə tuş gəlib. AZXEBER.COM-un verdiyi xəbərə görə, Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltan özünün Facebok səhifəsində bildirir ki, kimlərsə bu qərarı verməklə, vaxtı uzatmağa çalışırlar. S.Soltan yazır ki, kimlərsə "Vaxt Öldürmək" tapşırığı aliblar: "Milli Şuranın ehtiyat namizədinin müəyyən olunması, 1 saatlıq iclasın keçrilməsi üçün 1 həftə vaxta ehtiyac olduğunu "düşünürlər". Son olanları üzülərək izləmək zorunda qalmışıq. Neçənci dəfədir ki, uşaq bahanələri ilə xalqı və bizləri aldatmaqla məşğul olurlar. Bunlarla olmayacaq demirəm bunlar yoxdurlar. Musavat Patiyasının və Milli Şuranın üzvü kimi bütün bunları və son iki sesiyada olan partiya rəhbərlərinin seçkiyə və mübarizəyə münasibətini gördüyüm üçün hesab edirəm ki, Müsavat Partiyasi durmadan öz namizədi ilə seckiyə getməlidir".