"Nəcməddin Sadıkov dedi ki, Fazil Məmmədov kömək edəcək"

KRİMİNAL
15:27 17.10.2024
1061
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib.

Zahid Niftəliyev bildirib ki, təqaüdə çıxandan sonra Müdafiə Nazirliyində mülki şəxs kimi çalışıb:

"Bir gün Baş Qərargah rəisinin otağındaydım. Mənə dedi ki, şirkət yaradıb müvafiq bir işi həll etmək lazımdır. Baş Qərargah rəisi Vergilər naziri Fazil Məmmədovun bu işdə bizə kömək edəcəyini dedi və məni nazirliyə göndərdi. Mənim təklif etdiyim şirkətə baxdıqdan sonra adıma yeni şirkət açdılar. Mənim ondan sonra şirkətlə əlaqəm qalmadı. Yalnız sənədləri imzaladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mərhum nazir Fazil Məmmədov işdən çıxandan sonra xeyli kredit borcu olduğundan xəbər tutub:

"Mənim üstümdən oyun oynayıblar, pulu mənimsəyiblər. 42 milyon manat pul adıma götürülüb. Bilmirəm bu pullar kimə çatıb. Mənə o puldan qara qəpik çatmayıb”.

Suallara cavab verən Zahid Niftəliyev deyib ki, cəmi bir dəfə bu işlə bağlı banka gedib:

"Pulun məbləğindən xəbərim olmayıb, bir dəfə gedib qol çəkmişəm”.

Prosesin qalan hissəsinin qapalı keçirilməsi təklif olunub və vəsatət təmin edilib.

Növbəti proses noyabrın 6-da davam edəcək.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

Gəncə Apelyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Bundan başqa, Zahid Niftəliyev "Atabank ASC"dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib