Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra - 29 min xərcləyib

Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra - 29 min xərcləyib
SOSİAL
12:27 15.07.2024
451
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və üç yüksəkrütbəli zabitin məhkəməsi sona doğru davam edir.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində araşdırılan iş üzrə bütün şahidlər dindirilib. 

Budəfəki iclasda sədrlik edən hakim Fikrət Əliyev tərəflərin razılığı ilə iş materiallarının tədqiqinə başlayıb.

Tədqiq olunan sənədlərin arasında Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə verdiyi 4 illik maliyyə hesabatı da var. Hesabatda əks olunan bəzi xərclər isə diqqət çəkir. Rəsmi sənədlə təsdiqini tapıb ki, Müdafiə Nazirliyinin 2016-2019-cu illər ərzində keçirdiyi tədbirlərə 713 min manat pul xərclənib. Məsələn, "Ağ Çiçəyim” mağazalar şəbəkəsindən 4 ildə 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alınıb. 

Hesabatın başqa bir səhifəsində yer alan fakt isə daha ilgincdir. Məlum olduğu kimi, həmin illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov idi. 

Rəsmi sənəddə yazılır ki, şəxsən Nəcməddin Sadıkova 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb. Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət vəsaiti hesabına ödənilib. 

Prosesin davamında təqsirləndirilən zabitlərə verilmiş xidməti xasiyyətnamələr elan edilib. 

Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımovdan başqa digər təqsirləndirilən şəxslərin xidməti müsbət qiymətləndirilib. 

Hərbi Hava Qüvvələrinin bu yaxınlarda təqaüdə göndərilən komandanı general-leytenant Ramiz Tahirov Cəlal Kazımov haqda özü Dövlət Təhlükəsizliyi Xidmətinə rəy göndərib. Rəydə polkovnik Kazımovun xidməti mənfi xarakterizə olunub.

Təqsirləndirilən şəxs barəsindəki mənfi rəyi qərəzli hesab edərək, "30 il xidmət etmişəm. Bu illər ərzində heç vaxt nə töhmət, nə cəza almışam”, - deyib. 

Əvvəlki iclasda Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin məhkəməyə çağırılması məsələsini qaldırmışdı. Vəkil bu dəfə həmin məsələ ilə bağlı vəsatət qaldırıb. 

Vəsatətdə deyilir ki, cinayət işində bir çox şəxsin adına pullar köçürülüb mənimsənildiyi qeyd edilib. Söhbət mənimsənilən 1 milyondan çox puldan gedir. Vəkil kartlarına pul köçürülən şəxslərin məhkəmədə dindirilməsini istəyib. 

Məhkəmə əlavə şahidlərin dindirilməsinə ehtiyac görməyib. Hakim bəyan edib ki, vəsatətdə qeyd olunan şəxslərin izahatları iş materillarında var. Həmin izahatlar yetərlidir.  

Proses iyulun 19-da digər sənədlərin tədqiqi ilə davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Birgə ittiham olunan yuxarıda vəzifələri qeyd olunan general Nizami Məmmədov, polkovnik Cəlal Kazımov, həmçinin Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin eks rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"