Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənilib

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənilib
SOSİAL
11:24 24.05.2023
236
"Tərtər işi” üzrə ittiham olunan daha dörd nəfər - Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov və Elçin Kalam oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Anket məlumatlarının elanı zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edirlər, jurnalistlər "Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və videoyazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.

Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib.
Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksəkrütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıblar.

Bu vəsatət baxılmamış saxlanılıb.

İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
19:50 27.08.2025
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı