"Erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb".
Ermənistan Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan ordusunun tanklarının cəbhə xəttinə doğru irəliləməsi barədə yaydığı xəbər rəsmən təkzib edilib.
Azərbaycan Silahlı Qüvvələrinin baş qərərgah rəisi Nəcməddin Sadıqovun verdiyi məlumata görə, erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb.
Müdafiə Nazirliyi də son günlər cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin yalnış olduğunu bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Azərbaycanın iki hərbçisinin şəhid olduğunu, ermənilərin itkisinin isə onlarla olduğunu bildirib. (ANS)