"Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir"

İQTİSADİYYAT
18:12 19.09.2020
255
"Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

"Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik”, - dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edirik:

"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur”.

"Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında "Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və "Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq”, - Prezident vurğulayıb.

"Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır”, - İ.Əliyev qeyd edib.

"Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, "qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”, - dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:08 25.10.2020

SON DƏQİQƏ! Qubadlı şəhəri işğalçılardan azad edilib

23:04 25.10.2020

Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”

22:45 25.10.2020

Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi

22:39 25.10.2020

Ermənistan ordusunun əsl üzünü açan FOTOFAKT

22:24 25.10.2020

Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

22:03 25.10.2020

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq

22:01 25.10.2020

Göygöldə zəlzələ olub

21:30 25.10.2020

İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”

21:23 25.10.2020

Azərbaycan Prezidenti: “Torpaqları azad edən əsgərlər və zabitlərdir”

21:19 25.10.2020

Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”

21:18 25.10.2020

İlham Əliyev: “Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib”

21:08 25.10.2020

Ali Baş Komandan: “Azərbaycan qarşısında heç kim dura bilməz”

21:07 25.10.2020

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər”

20:55 25.10.2020

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi ​​​​​​​- FOTO

20:44 25.10.2020

Hikmət Hacıyev şəhidimiz barədə: “Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi”

20:26 25.10.2020

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi