Neft buruqlarında faciə: dənizə düşən neftçi öldü

Neft buruqlarında faciə: dənizə düşən neftçi öldü
SOSİAL
13:40 04.11.2017
5203

Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

SOCAR-dan AZXEBER.COM-a verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.
 
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR