Neft daşlarında insident: fəhlə qətlə yetirildi

Neft daşlarında insident: fəhlə qətlə yetirildi
SOSİAL
14:15 12.12.2017
3863
Dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SOCAR-ın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib,  araşdırma aparılır. 
 
OXŞAR XƏBƏRLƏR