Neft Fondunun aktivləri 35,8 milyard dollara çatıb

İQTİSADİYYAT
18:50 21.10.2013
1268

Oktyabrın 1-ə Neft Fondunun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9% artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Fonddanməlumat verilib.Məlumata görə, yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 10 086,0 milyon manat məbləğində olub.Hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 9 774,8 milyon manat təşkil edib.Doqquz ayda Neft Fondunun mənfəət neftinin və qazın satışından gəlirləri 9 766,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 6,0 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 milyon manat təşkil edib.Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 milyon manata bərabər olub.

OXŞAR XƏBƏRLƏR