"Neft mayda 50 dollar olacaq" – PROQNOZ

İQTİSADİYYAT
17:27 04.03.2016
1554

"Credite Suisse" investisiya şirkəti neft qiymətləri ilə bağlı yeni proqnoz verib.

Şirkətdə neft qiymətlərinin 50 dollara çatmasını gözləyirlər. Ekspert Yan Stüartın fikrincə, neft qiymətləri artma potensialına malikdir və bütün proqnozlar bunu sübut edir.

"Ucuz neft qiymətlərinin dağıdıcı təsiri get-gedə daha çox aşkar olur".

Bununla belə, "Credite Suisse" neft qiymətlərinin 50 dollar civarında qalacağının müvəqqəti xarakter daşıyacağını deyib. (modern.az)

OXŞAR XƏBƏRLƏR