Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı

Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı
SOSİAL
21:48 30.03.2021
340
Son günlər Süveyş kanalında hərəkətin bərpası, Avropada, Hindistanda, ABŞ-ın bəzi regionlarında koronavirusla bağlı çətin vəziyyət, habelə digər faktorlar OPEC+ görüşü ərəfəsində neftin ucuzlaşmasını şərtləndirir.

AZXEBER.COM xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 19:17-ə olan vəziyyətə görə "Brent” markalı neftin iyun fyüçersləri 1,22 faiz ucuzlaşaraq 64,13 ABŞ dollarına, "WTI” markalı neftin may fyüçersləri də 1,64 faiz ucuzlaşaraq 60,55 dollara satılıb.

OPEC+ çərçivəsində aprelin 1-nə təyin olunmuş nazirlərin görüşündə Səudiyyə Ərəbistanının cari hasilat ixtisarı səviyyəsini iyun ayında da davam etdirməyə, son karantin məhdudiyyətləri ilə bağlı birtərəfli ixtisarın müddətini uzatmağa hazırdır.

Bütövlükdə karantin tədbirlərinin bərpası və peyvəndləmə ilə bağlı mövcud çətinliklər səbəbindən 2021-ci ildə neftə tələbatın dirçəliş sürətinin gündəlik 1 milyon barel azala biləcəyi bildirilir.

Bununla yanaşı, bazar iştirakçıları və ekspertlərin qənaətincə, İranın ABŞ və BMT-nin müvafiq sanksiyalarına baxmayaraq, Çinə neft ixracatını davam etdirərək gündəlik 1 milyon barelə çatdıra biləcəyi güman edilir.

Həmçinin ABŞ dollarının bahalaşmasının da neftin qiymətlərinə mənfi təsir göstərdiyi irəli sürülür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib