Neft sürətlə ucuzlaşır

İQTİSADİYYAT
19:06 23.10.2018
4031
"Brent” markalı neftin qiyməti sentyabrın 18-dən etibarən ilk dəfə azalıb.

Dekabr fyuçerslərinin qiyməti bir barrelə görə 78 dollardan aşağı düşüb. London birjalarında bir barrelə görə neftin qiyməti 77,87 dollar təşkil edib.

Neftin qiymətinin düşməsinə Səudiyyə Ərəbistanında qara qızıl hasilatının artması səbəb kimi göstərilir.
OXŞAR XƏBƏRLƏR