24 yaşlı gənc toyda iştirak etdikdən sonra özünü asdı - Neftçalada faciə

SOSİAL
10:48 18.08.2019
7140
 

Neftçalada 24 yaşlı gənc intihar edib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Neftçala rayonunun Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu həyətlərindəki yeni tikilən hamamda özünü asaraq intihar edib.

Meyit səhər saat 08.00 radələrində aşkar edilib.

İlkin məlumata görə, S. Ələkbərov dünən axşam toy mərasimində iştirak edib, toy mərasimindən qayıtdıqdan sonra intihar edib. S. Ələkbərov subay olub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR