Neftçalada avtomobil piyadanı vuraraq öldürüb

Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
10:08 18.04.2026
159
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Neftçala rayonun Kürqarabucaq kəndində baş verib.

Belə ki, Surra kənd sakini 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlu idarə etdiyi 47-BD-472 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik avtomobili ilə yolu keçmək istəyən Kürqarabucaq kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuruaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR