Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da ölüb

Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da ölüb
HADİSƏ
20:10 29.05.2025
374
Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

Ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
 
/APA
OXŞAR XƏBƏRLƏR