Neftçalada baş vermiş qəzada xəsarət alanların vəziyyəti AÇIQLANIB

Neftçalada baş vermiş qəzada xəsarət alanların vəziyyəti AÇIQLANIB
SOSİAL
18:58 24.01.2026
440
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə AZXEBER.COM-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, biri qadın, ikisi kişi olmaqla üç nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. İki nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".
OXŞAR XƏBƏRLƏR