Neftçalada oğul 70 yaşlı atasını döydü

Neftçalada oğul 70 yaşlı atasını döydü
HADİSƏ
09:39 05.12.2025
107
Neftçala rayonunda oğul atasını döyüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Neftçala şəhəri, 6-cı məhəllədəki evlərdən birində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Ruslan Məmmədov (ad və soyad şərtidir) yaşadığı evdə 1955-ci il təvəllüdlü atası ilə mübahisə edib. Mübahisə nəticəsində Ruslan atasını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib.

Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə ata ilə oğul arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
OXŞAR XƏBƏRLƏR