Neftçalada yol qəzası olub, xəsarət alan var

HADİSƏ
23:58 15.05.2021
596
Neftçala şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, şəhərin 6-cı məhəlləsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı 1995-ci il təvəllüdlü Abbasov Ramil Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR