Bu gün 6 oyunla Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
AZXEBER.COM-un məlumatına görə, artıq 4 qarşılaşma yekunlaşıb.
"İnter" Tovuzda "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. "Sumqayıt" səfərdə "Neftçala"ya qalib gəlib - 1:0. Premyer Liqa klublarının - AZAL-la "Zirə"nin oyununda ikincilər 2:1 hesablı qələbəyə sevinib. "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.
"Neftçi" Premyer Liqadakı uğursuz çıхışın əvəzini "Qaradağ-Lökbatan"dan çıхıb. Paytaхt klubu I divizion təmsilçisini 8:0 hesabı ilə yenib. Premyer Liqanın lideri "Qarabağ" isə "Şəmkir"dən üstün olub - 2:0.
Bu nəticələrdən sonra "İnter", "Sumqayıt", "Zirə", "Xəzər Lənkəran", "Neftşi" və "Qarabağ" 1/4 finala çıхıb. Qeyd edək ki, mərhələnin son iki oyunu sabah baş tutacaq. "Qəbələ" "Mil-Muğan"ı, "Rəvan" "Bakı"nı qəbul edəcək. Azərbaycan Kubokunun 1/16 və 1/8 final mərhələlərində qaliblər bir, 1/4 və 1/2 final mərhələlərində iki oyunun nəticəsinə görə müəyyənləşir.Azərbaycan Kuboku1/8 final2 dekabrTuran Tovuz - İnter 1:3Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27.Neftçala - Sumqayıt 0:1Qol: Pərdis Fərcad-Azad, 90.AZAL - Zirə 1:2Qollar: Aleksandr Quruli, 90+2 - Nelson Bonilla, 30; 87.Xəzər Lənkəran - Kəpəz 1:0Qol: Kamran Abdullazadə, 14.Qarabağ - Şəmkir 2:0Qollar: Cavid Tağıyev, 72. Samuel Armenteros, 83.Neftçi - Qaradağ-Lökbatan 8:0Qollar: Kaue da Silva, 5. Rəhman Hacıyev, 19. Elşən Abdullayev, 32; 62. Ruslan Qurbanov, 34; 52. Cavid İmamverdiyev, 36. Məhəmməd Qurbanov, 84.3 dekabr (cümə axşamı)20:00. "Rəvan” – "Bakı”Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin NağıbəyovAFFA nümayəndəsi: Adil NadirovHakim-inspektor: Rövşən Əhmədov"Bayıl Arena”, 20:0017:00."Qəbələ" – "Mil-Muğan”Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad ƏhmədovAFFA nümayəndəsi: Rauf ƏmirovHakim-inspektor: Asim XudiyevQəbələ şəhər stadionu, 17:00