Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.