Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Neftçi” növbəti yoxlama oyununu keçirib.
AZXEBER.COM xəbər verir ki, "ağ-qaralar” Almaniyanın III Liqa təmsilçisi "Valdhof”la qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin "Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.