Bu gün Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi olan Bakının "Neftçi" klubuöz meydanında ilk görüşünə çıxacaq.
Çempionlar Liqasında mübarizəni dayandıran "Neftçi" Avropa Liqasının qrup mərhələsinə düşmək şansı qazanıb. Bunun üçün də Böyükağa Hacıyevin komandası son səddi uğurla keçməlidir.
Rəqib isə Kiprin APOEL klubudur. Ötən mövsüm Çempionlar Liqasında adından söz etdirən Nikosiya təmsilçisi Bakıya iddialı gəlib. "Neftçi"nin güclü rəqibinə qarşı necə müqavimət göstərəcəyi böyük maraq doğurur.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra - avqustun 30-da Nikosiyada keçiriləcək.