Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
"Neftçi" növbəti dəfə qonaqları mərkəzə dəvət edib.
62-ci dəqiqədə Kenni Sayef fərqlənib. "Ağ-qaralar"ın əvvəlki qollarını 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqə isə Eddi İsrafilov öz aktivinə yazdırıb.
Qeyd edək ki, "Neftçi" Kiprdəki görüşdə rəqibinə 0:2 hesabı uduzub.
///Report