"Neftçi" azarkeşlərə görə cərimələndi

"Neftçi" azarkeşlərə görə cərimələndi
İDMAN
20:53 04.03.2022
295
AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.

AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atması səbəb olub.

"Ağ-qaralar" həmin qarşılaşmada 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.

"Səbail" klubu da 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün eyni məbləğdə cərimələnib.

Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.
OXŞAR XƏBƏRLƏR