"Neftçi" "Başakşehir"in futbolçusunu icarəyə götürdü

"Neftçi" "Başakşehir"in futbolçusunu icarəyə götürdü
İDMAN
19:15 19.09.2020
723
"Neftçi" daha bir futbolçunu heyətinə qatıb.

AzxeberSport-un əldə etdiyi məlumata görə, flaqman Türkiyənin "Başakşehir" klubunun futbolçusu Mert Çeliki icarəyə götürüb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

"Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub.
OXŞAR XƏBƏRLƏR