"Neftçi" daha bir futbolçunu heyətinə qatıb.
AzxeberSport-un əldə etdiyi məlumata görə, flaqman Türkiyənin "Başakşehir" klubunun futbolçusu Mert Çeliki icarəyə götürüb.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
"Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub.