"Neftçi” – "Beşiktaş” oyununun hakimləri müəyyənləşib.
AZXEBER.COM-un məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcək.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmada Lukas Fahndrix fit çalacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcək. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, matç "Bakcell Arena”da keçiriləcək.