Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Azərbaycan təmsilçisi "Neftçi” bu gün növbəti oyununa çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin "Bney Yehuda” klubu ilə üz-üzə gəlir. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edir.
Matçda hesabı qonaqlar açıblar. Oyunun 26-cı dəqiqəsində Tambi fərqlənib. İlk qoldan 10 dəqiqə sonra İsrail təmsilçisi hesabı bir qədər də artırıb. Belə ki, 36-cı dəqiqədə Qadir ikinci topu meydan sahiblərinin qapısından keçirib. "Neftçi" 43-cü dəqiqədə hesab arasındakı fərqi azaldır. Stiven Monroz topu "Bney Yehuda"nın qapısından keçirir.
İlk hissə bu hesabla başa çatıb.
Xatırladaq ki, "Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” komandasını, ikinci təsnifat mərhələsində isə Rusiyanın "Arsenal” klubunu yarışdan kənarlaşdırıb.