“Neftçi” bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək

İDMAN
12:20 06.01.2024
233
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan "Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
 
 Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda "Erzurumspor” ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. "Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.
Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

OXŞAR XƏBƏRLƏR