Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclası keçirilib.
AZXEBER.COM-un klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.