'Neftçi' çempionluğu atəşfəşanlıqla qeyd etdi - FOTOLAR

İDMAN
10:45 20.05.2013
2491
Bakının “Neftçi” komandası ötən tur futbol üzrə Topaz Premyer Liqasında çempionluğunu təmin edib. Topaz Premyer Liqasının sonuncu - XXXII turu çərçivəsində “Neftçi” komandası “Bakı”nı qəbul edib.Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra – matçın 76-cı dəqiqəsində “Bakı”nın futbolçusu Lukas Mario Horvat topu rəqib qapısından keçirib.Beləliklə, oyun 1:0 hesabı ilə “Bakı” komandasının xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra Röya Ayxan konsert proqramı ilə futbol azarkeşlərinin qarşısında çıxış edib.Daha sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.Tədbirdə “Qarabağ”a gümüş, “İnter” kollektivinə isə bürünc medallar verilib.Çempion “Neftçi”yə isə medallarla yanaşı, R.Abdullayev kubok təqdim edib.Sonda “Neftçi”nin qalibiyyəti şərəfinə atəşfəşanlıq təşkil olunub.
OXŞAR XƏBƏRLƏR