"Neftçi" çətin sınaq qarşısında

İDMAN
08:17 30.08.2012
1416

Bu gün Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandasının qonağı olacaq.

Bakıda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz Nikosiyada aydınlıq gələcək. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.

Lakin bu oyunda qeydə alınacaq məhsuldar heç-heçə də (2:2, 3:3) "Neftçi"ni qane edəcək. APOEL klubunun buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, APOEL - "Neftçi" görüşü bu axşam, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR