"Neftçi" daha bir futbolçusunu icarəyə verdi

"Neftçi" daha bir futbolçusunu icarəyə verdi
İDMAN
19:41 02.06.2021
477
"Neftçi” klubu futbolçusu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.

AZXEBER.COM paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək "ağ-qaralar”a məxsus olacaq.

2020/2021 mövsümünü icarə əsasında "Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində "Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb. Ölkə çempionu daha əvvəl Rəhman Hacıyevi də "Keşlə"yə icarəyə verib.
OXŞAR XƏBƏRLƏR