"Neftçi” heyətinə yeni futbolçu qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Azərbaycan Premyer Liqasının vitse-çempionu Kilan Lebonla müqavilə imzalayıb. 25 yaşlı fransalı yarımmüdafiəçi "ağ-qaralar”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına qatılıb.
Müqavilənin detalları açıqlanmır. Lakin onun 1,5 illik anlaşma imzaladığı iddia edilir.
Qeyd edək ki, "Amyen”in yetirməsi Bakı klubuna azad agent kimi keçib. Onun son klubu Qazaxıstan təmsilçisi "Astana” olub.