"Neftçi" Gürcüstan millisinin hücumçusunu transfer edib

"Neftçi" Gürcüstan millisinin hücumçusunu transfer edib
İDMAN
18:19 08.08.2022
215
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.

24 yaşlı forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Vato Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.
OXŞAR XƏBƏRLƏR