'Neftçi' Hollandiyadan hücumçu gətirir

İDMAN
15:15 21.06.2013
1466

Nikolas Kanalesin gedişindən sonra “Neftçi”nin heyətinə qatmaq istədiyi hücumçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Hollandiyanın “Neymegen” klubunun forvardı Melvin Platjenin xidmətində maraqlıdır. 

24 yaşlı hollandiyalı hücumçunun Neymegenin eyni adlı təmsilçisi ilə 2014-cü ilə kimi müqaviləsi var. “Neftçi” etdiyi təklifə cavab gözləyir. Futbolçunun baş məşqçisi Aleks Pastorla problemi olduğundan, Bakı klubuna keçmək arzusundadır. 

Qeyd edək ki, Platje 2011-ci ildən oynadığı “Neymegen”də 52 oyuna 13 qol vurub. O bunadək 4 il şərəfini qoruduğu “Volendam”da 100 matça 43 dəfə fərqlənib. 

OXŞAR XƏBƏRLƏR