''Neftçi'' - ''İnter'' matçının biletləri satışa çıxarıldı
İDMAN
17:39 28.09.2012
1720
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" matçının biletləri bu gündən satışa çıxarılıb.AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,biletləri T.Bəhramov adına respublika stadionunun kassalarından və Park Bulvar alış-veriş mərkəzindən əldə etmək olar.Kassalar hər gün saat 10:00-dan, 22:00-a kimi fəaliyyət göstərir. Bu gün saat 17:00-a olan məlumata görə biletlərin 1500 ədədi artıq satılıb.