'Neftçi' - 'İnter' oyununa bileti olanlar bu xəbəri oxusun

İDMAN
09:56 04.10.2012
2134

"Sector 11" Azad Azarkeş qrupu fanatlara AZXEBER.COM vasitəsilə müraciət edib. Həmin müraciəti təqdim edirik. 

NEFTÇİ - İnter Milan oyunundaki edəcəyimiz böyük xoreoqrafiya ilə bağlı azarkeşlərə bildiriş:

T.Bəhramov stadionunun 20,21,22,23,24,25,26,27-ci sektorlarına bilet alan azarkeşlərin nəzərinə:Oturacaqların üstünə qoyulan karton kağızları oyun başlayana qədər əzmək,cırmaq,yerlərini dəyişdirmək, altına qoyub oturmaq olmaz. Lütfən bu xahişimizə start fitinə qədər əməl edin. Ümid edirik ki, sizin də köməyiniz ilə Neftçimiz üçün Azərbaycandaki ən böyük xoreoqrafiya şousunu gerçəkləşdirəcəyik. İnanırıq ki, həftələrdir hazırlaşdığımız xareoqrafiya şoumuzu həyata keçirməyə yardımcı olacaqsınız. Anlayışınız və diqqətiniz üçün bütün azarkeşlərimizə təşəkkkür edirik!

OXŞAR XƏBƏRLƏR