Futbol üzrə UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində iyulun 2-də keçiriləcək "Neftçi"-"Mladost" (Monteneqro) matçının biletləri satışa çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, azarkeşlər arasında aparılmış sorğunun nəticəsinə uyğun olaraq biletlərin qiyməti müəyyənləşdirilərkən onların istəyi nəzərə alınıb.
VİP sektorlara biletin qiyməti 10, 3B sektoruna 2, digər sektorlara isə 1 manatdır.
Azarkeşlər biletləri "Bakcell Arena"nın kassalarından əldə edə bilərlər