'Neftçi' rəhbərliyindən ermənilərə sərt sillə

İDMAN
12:35 25.07.2013
1622
Çempionlar Liqasının "Skenderbeu" - "Neftçi" oyununun slovakiyalı UEFA nümayəndəsi Riçard Havrillanı ağır cəza gözləyir.AZXEBER.COM-un məlumatına görə, buna səbəb onun qarşılaşmanın start fitindən əvvəl Ağdamın işğalının ildönümü münasibətiylə 1 dəqiqəlik sükuta icazə verməsidi.Məsələ ondadı ki, UEFA bu siyasi mövzulara həssas yanaşır və bu kimi faciə anımlarında yalnız qara sarğıya icazə verir. Ancaq oyundan əvvəl "Neftçi" rəhbərliyi 1 dəqiqəlik sükutun elan olunmasında israr edib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin UEFA nümayəndəsiylə danışıqları müsbət nəticələnib. Sükutdan əlavə, azarkeşlərə Korçe stadionunda faciəylə bağlı ingilis və alban dillərində məlumat verilib.İndi bu razılığı verdiyinə görə Riçard Havrillanı ağır cəza gözləyir.
OXŞAR XƏBƏRLƏR