"Neftçi" "Roma", "Napoli" və "Fənərbağça" ilə eyni turnirdə çıxış edəcək

"Neftçi" "Roma", "Napoli" və "Fənərbağça" ilə eyni turnirdə çıxış edəcək
İDMAN
17:59 22.08.2022
346
"Neftçi"nin U-17 komandası İtaliyada beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

Ənənəvi yarışa "ağ-qaralar"la yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.

Turnirin dəqiq vaxtı avqustun 23-də açıqlanacaq.

"Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya yola düşəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR