Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu növbəti matçına çıxacaq.
Son Azərbaycan çempionu doğma azarkeşləri önündə Rusiyanın "Rubin" (Kazan) klubunu qəbul edəcək. Səfərdə rəqibini 0:1 hesabı ilə uduzan "Neftçi" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, "Neftçi" Avroliqada növbəti matçını noyabrın 25-də, Bakıda Serbiyanın "Partizan" klubuna qarşı keçirəcək.