“Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirildi

İDMAN
14:10 17.08.2024
194
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

"Zirə" klubu UEFA Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan "Liv Bona Dea Arena”ya dəyişdirilib.

OXŞAR XƏBƏRLƏR